Mikayıl Cabbarov yeni rektoru təqdim etdi

Mikayıl Cabbarov yeni rektoru təqdim etdi
16:09 4 Sentyabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Mustafa Babanlını bu təhsil müəssisəsinin kollektivinə təqdim edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı ölkə prezidentinin sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb.

 

ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.

 

Qeyd edək ki, sentyabrın 3-də ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Ölkə prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR