[ 04 Sentyabr 2015 16:16 ]
Zərdab. Zahid Abışov - APA. Bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Zərdab rayonunda tikililərə ziyan dəyib.
Zərdab Rayon İcra Hakimiyyətinin birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayevin APA-nın yerli bürosuna verdiyi xəbərə görə, zəlzələdən sonra rayondakı bir çox fərdi yaşayış evinin, 9 məktəb binasının, 7 uşaq bağçasının və 8 tibb ocağının inzibati binalarının divarlarında çatlar əmələ gəlib, 50 metrlik su xətti isə sıradan çıxıb.
R. Feyzullayev hazırda həmin yerlərə baxış keçirildiyini və dəymiş ziyanla bağlı araşdırmalar aparıldığını deyib.