Mehriban Əliyeva Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb (FOTO)

Mehriban Əliyeva Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb (FOTO)
16:23 4 Sentyabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin böyük potensialının olduğunu vurğulandı. Ölkələrimizin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirildi. Bu ilin noyabrında Gəncə şəhərində keçiriləcək və regionlararası əməkdaşlığa həsr olunacaq Azərbaycan-Fransa Forumunun əhəmiyyətini qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Azərbaycanın birinci xanimi Mehriban Əliyeva Fransanın bu münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırdı.

Prezident Administrasiyasının baş katibi Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirdi.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulandı və onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirildi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2430030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR