x
Loading...

Nazir yeni rektoru kollektivə təqdim etdi - FOTO

Nazir yeni rektoru kollektivə təqdim etdi - FOTO
15:32 4 Sentyabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+
.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektoru Mustafa Babanlını kollektivə təqdim edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Cabbarov çıxış edərək M.Babanlının universitetin rektoru təyin olunması ilə bağlı Prezidentin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

O qeyd edib ki, Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Nazir bildirib ki, bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür.

M.Babanlı ona göstərilən etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Dövlət başçısının digər sərəncamı ilə M.Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR