"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsubları Suriyadakı Palmira şəhərində daha bir vəhşilik ediblər.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, terrorçular ən azı 2500 il əvvəl inşa olunmuş 3 məqbərəni partladıblar.
Avqustun sonlarında terrorçular Qədim Roma dövründə inşa olunmuş Bela məbədini dağıtmağa başlayıblar. Avqustun 25-də isə İŞİD mənsubları Baalşamin məbədini partlatmışdılar.
Milli.Az