İşdən çıxarılan icra başçısı: "Deputat olmaq istəyirəm"

İşdən çıxarılan icra başçısı: "Deputat olmaq istəyirəm"
16:37 4 Sentyabr 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Milli.Az sabiq icra başçısının unikal.org-a verdiyi qısa müsahibəni təqdim edir:

- Nəsib müəllim, prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdinizmi?

- Bəli, gözləyirdim.

- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı bu, birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir...

- Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilməz deyildi.

- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?

- Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP-in namizədi kimi qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb

- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?

- Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/367014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR