CAR Afrikada milyonçuların sayına görə liderdir

CAR Afrikada milyonçuların sayına görə liderdir
16:38 4 Sentyabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Afrika ölkələri arasında Cənubi Afrika Respublikası (CAR) milyonçuların sayına görə ilk sıradadır. AfrAsia və New World Wealth banklarının məlumatına əsasən, "qızıl şəhər" kimi tanınan Yohannesburqda 23,4 min milyonçu yaşayır. Ümumilikdə isə bütün Afrika milyonçularının üçdə biri CAR-ın payına düşür.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıda ikinci yeri 10,2 min milyonçunun yaşadığı Misirin Qahirə şəhəri, üçüncü yeri 9,1 milyonçunun qeydə alındığı Nigeriyanın paytaxtı Laqos şəhəri tutur.
Ümumilikdə isə Afrika qitəsində 163 min milyonçu yaşayır. Onların ümumi varidatı 670 milyard dollar təşkil edir.
Milyonçuların sayında ən çox artım isə Qananın paytaxtı Akkra şəhərində qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CAR_Afrikada_milyonchularin_sayina_gore_liderdir-882070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR