Mehriban Əliyeva Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb - FOTO

Mehriban Əliyeva Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb  - FOTO
16:42 4 Sentyabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 16:37 ]


Bakı - APA. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb.

 

Fonddan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin böyük potensialının olduğunu vurğulanıb. Ölkələrimizin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirilib. Bu ilin noyabrında Gəncə şəhərində keçiriləcək və regionlararası əməkdaşlığa həsr olunacaq Azərbaycan-Fransa Forumunun əhəmiyyətini qeyd edilib.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

 

Azərbaycanın birinci xanımı Fransanın münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

 

Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirib.

 

Görüşdə Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulanıb, onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR