x
Loading...
.

Avtobus sürücülərinə qarşı reydlər başladı

Avtobus sürücülərinə qarşı reydlər başladı
16:09 4 Sentyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakıda ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş genişmiqyaslı reydləri keçirilir. Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Lent.az-a verilən məlumata görə, sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı mütəmadi reydlərə başlanılıb.

 

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə müraciət etsinlər. 

 

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi də xahiş edib.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR