Zəlzələ Şəkinin daha iki kəndinı ziyan vurub: bağça tamamilə dağılıb

Zəlzələ Şəkinin daha iki kəndinı ziyan vurub: bağça tamamilə dağılıb
17:22 4 Sentyabr 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Şəkinin daha iki kəndi zəlzələdən ziyan görüb.

Kanal S (Region TV) xəbər verir ki, Bolludərədə uşaq bağcası tamamilə dağılıb, taxıl anbarı isə qəzalı vəziyyətə düşüb. Həmçinin evlərə də ziyan dəyib, əksər evlər dağılıb. Qaratorpaqda evlərin əksəriyyətinə ziyan dəyib.

Bəzi evlər isə tam yaşayış üçün yararsız vəziyyətə düşüb. Kənd bələdiyyəsindən bildirdilər ki, həmin evlərin sakinləri müvəqqəti olaraq yaxınlarının yanında yerləşdiriləcək. Həmçinin Qaratorpaq kəndində uşaq bağçası və seçki məntəqəsi də yararsız vəziyyətə düşüb. Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov da hadisə yerində olub. İcra başçısı ziyan dəyən evlərə baxış keçirib. Zərər çəkən evlər qeydiyyata alınıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR