Şamaxıda kartof yığımı başa çatıb

Şamaxıda kartof yığımı başa çatıb
17:28 4 Sentyabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 4 sentyabr, AZƏRTAC
Şamaxı rayonunda kartof yığımı başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu il təsərrüfatlarda 428 hektar sahədə kartof yetişdirilib. Qeyri-ənənəvi təsərrüfat sahəsi olan kartof əsasən fiziki şəxslər tərəfindən əkilir. Məhsul yığımı optimal müddətdə yekunlaşıb, sahələrdən 4900 ton kartof götürülüb. İstehsal ötən ildəki göstəricidən xeyli çoxdur. Hər hektardan orta məhsuldarlıq 72 sentnerə çatıb. Qızmeydan, Qaleybuğurd, Nağaraxana, İkinci Cabanı ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_kartof_yigimi_basa_chatib-882089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR