Lənkəranda ana iki oğlu ilə itkin düşüb

Lənkəranda ana iki oğlu ilə itkin düşüb
17:29 4 Sentyabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda 30 yaşlı qadın iki övladı ilə birgə itkin düşüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Boladi kənd sakini, 1985-ci il təvəllüdlü Ceyran Nəsir qızı Əliyeva bu il avqustun 29-da oğlanları - 9 yaşlı Nasir Zamin oğlu Əliyev və 4 yaşlı Yusif Zamin oğlu Əliyevi özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib və geri qayıtmayıb.

 

Qadının boyu 160 sm, orta bədən quruluşlu, gözləri qəhvəyi rəngdədir, əynində açıq qəhvəyi rəngli xalat, başında ağ rəngli baş örtüyü olub.

 

Naməlum şəraitdə itkin düşmüş Ceyran Nəsir qızı Əliyevanı, oğlanları Nasir və Yusifi görüb-tanıyanlardan Lənkəran ŞRPŞ-nin aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur: (02525) 4-83-38; 2-17-02, (050)531-74-21; (050)570-58-98(mobil).


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR