Azərbaycan prezidenti Belarus səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Belarus səfirinin etimadnaməsini qəbul edib
17:32 4 Sentyabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 17:29 ]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, diplomat Gennadi Axramoviç Azərbaycana gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

 

Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları və ayrı-ayrı qurumlarının rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

 

Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR