[ 04 Sentyabr 2015 17:33 ]
Bakı – APA. Azərbaycan Cüdo Federasiyasının (ACF) İdarə Heyətinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev ACF-nin prezidenti seçilib.
O, 1996-cı ildən bu postda olan Fizuli Ələkbərovu əvəzləyib.
Abdullayev bildirib ki, yeni vəzifəsində Azərbaycan prezidenti İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq.
Qeyd edək ki, Abdullayev AFFA-nın da prezidentidi.