Mühacirlər Yunanıstanın Lesbos adasında bərəni ələ keçirməyə cəhd göstəriblər

Mühacirlər Yunanıstanın Lesbos adasında bərəni ələ keçirməyə cəhd göstəriblər
17:48 4 Sentyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Minlərlə qanunsuz mühacirin toplaşdığı Yunanıstanın Lesbos və Kos adalarında vəziyyət gərginləşməkdə davam edir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sentyabrın 4-də 200-dək mühacir ölkənin qitə hissəsinə gedən bərəyə minməyə cəhd edib. Bu zaman ümidini itirmiş mühacirlərlə polis arasında toqquşma baş verib. Polislər qaçqınları dağıtmaq üçün səs-işıq qumbarası və gözyaşardıcı qazlardan istifadə etmək məcburiyyətində qalıblar.
Son vaxtlar hərbi münaqişələr səbəbindən Avropaya çoxsaylı mühacir axını başlayıb. Bu ilin ilk 7 ayı ərzində Avropa İttifaqı ölkələrinin sərhədlərini 340 mindən artıq qaçqının keçdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muhacirler_Yunanistanin_Lesbos_adasinda_bereni_ele_kechirmeye_cehd_gosteribler-882105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR