Azərbaycan Dəmir Yolları qatarlara əlavə vaqonlar qoşacaq

Azərbaycan Dəmir Yolları qatarlara əlavə vaqonlar qoşacaq
17:51 4 Sentyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC yeni dərs ilinin başlanmasınə 2-3 gün qalmış yerli istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq.

Bu barədə ANS PRESS -ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda QSC yeni dərs ilinin başlanması ilə əlaqədar sərnişin axınının artmasına hazırlıq görür. "Sərnişin axınının çoxalması ilə əlaqədar regionlardan Bakıya və əks istiqamətdə hərəkət edən bütün reyslər üzrə qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır".


Nadir Əzməmmədov-"Azərbaycan Dəmir Yolları" mətbuat xidmətinin rəhbəri

Artıq 20-ə qədər vaqon gediş-gəliş üçün texniki cəhətdən yoxlanılıb və hazır vəziyyət gətirilib.

Nadir Əzməmədovun sözlərinə görə biletlər 10 gün əvvəldən satıldığı üçün artımın olduğunu əvəlcədən hiss olunur. Buna görə də bilet satışında da problem yaşanmayacaq.

Beynəlxalq reyslərə əlavə vaqonların qoşulması isə nəzərdə tutulmur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR