x
Loading...

"Babalıq hissini də yaşamaq istəyirəm" - FOTO

"Babalıq hissini də yaşamaq istəyirəm" - FOTO
16:52 4 Sentyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+
.

Aktyor, "Bakılı oğlanlar" komandasının üzvü Bəhram Bağırzadənin ad günüdür. 

43 yaşını qeyd edən aktyor təəssüratlarını axşam.az-ın müxbiri ilə bölüşüb:

"İlk təbriki övladlarımdan aldım. Gecə saat 12-ni keçən kimi əllərində tort və şam məni yuxudan oyatdılar. Təbrik edib, mənə məxsus  kiçik bir hədiyyə verdilər. Daha sonra övladlarımın anasından təbrik aldım. Ardından anam, bacım, digər qohumlarım təbrik etdi. Bu saata qədər də hamı zəng vurur, xoş sözlər deyir. Xoşbəxt insanam ki, heç kimin yadından çıxmamışam, tələbatlı biriyəm. 

Ötən il ad günümdə Fransada çəkilişdə idim. Allahdan arzulamışdım ki, məni və başqa kişiləri işsiz qoymasın. Bu il də Qəbələdə kino çəkilişindəyəm. Hər yaşın öz gözəlliyi var. Sevinirəm ki, Allah mənə 43 yaşı qismət edib. Gənclik, atalıq hisslərini yaşamışam. Allah qismət etsə, babalıq hissini də yaşamaq istəyirəm".

MilliAz












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/367032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR