Nazir müavini: “Gənc alimlərin yaşını müəyyənləşdirməyin vaxtı çatıb”

13:17 28 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 13:11 ]

Bakı. Fərid Mirzəyev - APA. “Biz Azərbaycan Milli Elmlər Akademiyası ilə gənc alimlərin yaşını müəyyənləşdirmək üçün müraciət edəcəyik. Hesab edirəm ki, bunu dəqiqləşdirməyin vaxtı çatıb”.

APA-nın məlumatına görə, bunu Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.


İ.Babayev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı haqda məlumat verib.

Elm sahəsində çalışan gənclərin sayının az olduğunu bildirən İ.Babayev Milli Məclisə gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişikliyin edilməsi barədə müraciət edəcəklərini də vurğulayıb.

İ.Babayev azərbaycanlı gənclərin xaricdə təhsil alması prosesinin ardıcıl olaraq davam etdirildiyini qeyd edib: “Xaricə göndərilən tələbələrin sayı hər il artır. Xaricə göndərilən tələbələrin sayı artıq 1000-ə çatıb. Biz daha çox bacarıqlı, savadlı tələblərin göndərilməsinin tərəfdarıyıq. Təhsil Nazirliyinin də mövqeyi bundan ibarətdir ki, bu proses davam edəcək”.


İ.Babayev yaradıcı gənclər üçün müxtəlif emalatxanaların, studiyaların yaradılması üçün qanunvericiliyə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təkliflər hazırlanacağını da söyləyib: “Kateqoriyalar müəyyənləşməli, bu strategiya çərçivəsində gənclərin ev problemi həll edilməlidir. Mən qarantiya verə bilmərəm ki, Azərbaycan gənclərinin hamısı evlə təmin ediləcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR