x
Loading...

Miqrantlar yük maşınında boğularaq öldülər

Miqrantlar yük maşınında boğularaq öldülər
17:27 4 Sentyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+
.

Avstriyada yük maşınında aşkar olunan miqrantların boğularaq öldükləri deyilir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə Avstriya polisi xəbər verib. Onların sözlərinə əsasən, hadisə Macarıstan və Serbiyadan Avstraliya sərhədinə keçərkən baş verib. 

Üzərilərində tapılmış sənədlərə istinadən, miqrantların Suriya, İraq və Əfqanıstan vətəndaşları olduğu deyilir. Lakin bütün ölənlərin kimliyi məlum olmadığı üçün onların qohumları axtarılır və cəsədləri analiz olunacaq.

Belə bir hadisə avqustun sonunda da müşahidə olunub. Belə ki, miqrantları daşıyan yük maşınında boğularaq 59 nəfər ölüb ki, onlardan da səkkizi qadın, dördü uşaq olub.

Bu məsələ ilə bağlı Avstriya hakimiyyəti sərhəddən keçən, qeyri-leqal qaçqınları daşıyan maşınları yoxlamaq qərarına gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR