İntiqam Babayev: "Prezidentin gənclərə dair sərəncamının icrası ilə bağlı Dövlət Proqamları qəbul ediləcək"

İntiqam Babayev: "Prezidentin gənclərə dair sərəncamının icrası ilə bağlı Dövlət Proqamları qəbul ediləcək"
13:17 28 Yanvar 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamın icrası ilə bağlı bir sıra Dövlət Proqramları hazıranaraq icra olunacaq.

Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında izmaladığı sərəncam 29 dekabr 2012-ci il tarixli fərmanla təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" Konsepsiyasına əsaslanır: "Bu, çoxsaylı müzakirələrdən sonra ortaya çıxan və uzunmüddətli sənəddir. İlk dəfədir ki, gənclər sahəsində 10 illik sənəd qəbul olunur. Sənəd istiqamətverici xarakter daşıyır və onun əsasında digər normativ sənədlərin hazırlanması nəzərdə tutulur".

İ.Babayev qeyd edib ki, hazırda icrada olan Dövlət Proqramı artıq başa çatmaq üzrədir. Bundan sonra 2016-2020-ci illəri əhatə edəcək Dövlət Proqramının işlənməsi nəzərdə tutulur: "Proqramda İnkişaf Strategiyasında nəzərdə tutulmuş bəndlərin yer alacağı gözlənilir. Bununla bağlı gənclər təşkilatlarına öz təkliflərini vermələri tövsiyə olunub. Biz çalışırıq ki, gənclərlə bağlı hər hansı sənəd qəbul etməzdən əvvəl onların da fikirləri öz əksini tapsın. Ümumiyyətlə, İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli üçün qoyulmuş hədəflər üzrə konkret Dövlət Proqramları icra olunacaq. Bu məsələ təkcə Gənclər və İdman Nazirliyinin üzərinə qoyulmur, eyni zamanda, digər dövlət qurumları və gənclər təşkilatları da bu işdə iştirak edəcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR