x
Loading...
.

Xalq Sairi Vaqif Semedoglu dunyasini deyisib

Xalq Sairi Vaqif Semedoglu dunyasini deyisib
13:18 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.


Baki, 28 yanvar. AzerTAc
Azerbaycanin xalq sairi Vaqif Semedoglu yanvarin 28-de seher saatlarinda dunyasini deyisib.
AzerTAc xeber verir ki, uzun muddet onkoloji xestelikden eziyyet ceken sair bir nece defe Israilde mualice kursu kecib.
Vaqif Semedoglu 1939-cu il iyunun 5-de Baki seherinde, meshur Azerbaycan sairi Semed Vurgunun ailesinde anadan olub. Bulbul adina musiqi mektebinde, Uzeyir Hacibeyli adina Azerbaycan Dovlet Konservatoriyasinda tehsil alib. Azerbaycan Sovet Ensiklopediyasi Bas redaksiyasinda incesenet redaksiyasinin mudiri (1968-1971), “Oguz eli” qezetinin bas redaktoru (1992-1994) vezifelerinde calisib.
Caykovski adina Moskva Konservatoriyasinda ixtisas kursu kecen V.Semedoglu bir muddet Azerbaycan Dovlet Konservatoriyasinda fortepiano uzre ixtisas muellimi kimi calisib. O, C.Cabbarli adina “Azerbaycanfilm” kinostudiyasinda kino-aktyor teatrinin edebi hisse mudiri vezifesinde isleyib. Poeziya, teatr ve dramaturgiya sahesinde de ciddi fealiyyet gosterib. “Yeddi seir” adli ilk metbu eseri 1963-cu ilde “Azerbaycan” jurnalinda derc olunub. Bundan sonra dovri metbuatda vaxtasiri cixis edib.
Sair, dramaturq, publisist Vaqif Semedoglu 1970-ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu, Emekdar incesenet xadimi (1989), Azerbaycanin Xalq Sairi (1999), Milli Meclisinin deputati (2000, 2005), “Nesimi” mukafati laureati (2014) olub.
Yaratdigi olmez senet incileri ile insan-cemiyyet munasibetlerinin derinliklerine nufuz etmeyi bacaran Vaqif Semedoglu irsi her zaman oz aktualligini qoruyub saxlayacaq ve daima edebiyyatseverler terefinden yuksek qiymetlendirilecekdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Sairi_Vaqif_Semedoglu_dunyasini_deyisib-828005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR