x
Loading...

Astarada oğurluq törətmiş şəxs yaxalandı

Astarada oğurluq törətmiş şəxs yaxalandı
18:17 4 Sentyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Astarada oğurluqla məşğul olan şəxs saxlanılıb.

Astara Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mirmikayıl Mikayılov RPŞ-nə ərizə ilə müraciət edərək, rayonun Şahağaçı kəndində yaşayan bacısı Mirbahar Mikayılovanın evindən ona məxsus zinət əşyalarının və 1250 manat pulun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Ərizəyə müvafiq olaraq polis şöbəsində yaradılmış əməliyyat qrupu oğurluq faktının üstünü açıb. Oğurluğun zərərçəkmişin qonşusu, Şahağacı kənd sakini Niyaməddin Dadaşov tərəfindən törədildiyi məlum olub. İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs qonşusunun mənzilindən 1250 manat məbləğində pulu və 2 ədəd qızıl üzüyü oğurlamaqla bərabər, həmçinin rayonun Şiyəkəran kənd sakini Sadiq Əliyevin yaşadığı evdən mobil telefonu və 105 manat pulu da oğurladığını boynuna alıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/367056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR