Rusiyanın neft gəlirləri 42% azalıb

19:17 4 Sentyabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 19:14 ]


Bakı – APA. Rusiya 2015-ci ilin ilk 7 ayında (yanvar-iyul) ixrac etdiyi xam neftdən 56,23 milyard dollar gəlir əldə dib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

 

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, neft gəlirlərinin azalmasının qarşısını almağa ixracın həcminin artırılması da kömək etməyib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya 7,2% daha artıq (140,6 milyon ton) neft satıb.   

 

Neft məhsullarından əldə olunan gəlirlər də 37% azalaraq 44,4 milyard dollara düşüb.

 

2015-ci ilin yanvar-iyul aylarında Rusiya ümumilikdə 210,5 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azdır. İxracatda yanacaq-enerji məhsullarının payı 68,5% təşkil edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR