Milyonçuya ərə gedən azərbaycanlı modelin körpəsi - fotolar

Milyonçuya ərə gedən azərbaycanlı modelin körpəsi - fotolar
19:26 4 Sentyabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova (Alptekin) yeni doğulmuş körpəsinin fotolarını hər kəslə paylaşıb.

Axşam.az-ın "Anspress"ə istinadən məlumatına görə, 37 günlük Lara Elisanın fotoları izləyicilər tərəfindən çox sayda baxış toplayıb. Fotolarda Lara Elisa anası, atası və bacısı ilə görmək olar. Keçmiş model ailəsi ilə birlikdə Bodrumda dincələrkən çəkdiyi fotoları da paylaşıb. Nigar Talıbovanın həyat yoldaşı Ekim Alptekin adlı türk iş adamı, milyonçudur.

O, həmçinin Türk-Amerika İş adamları Dərnəyinin sədridir. 40 yaşlı keçmiş model artıq 2 qız, bir oğul anasıdır. Onun ilk övladı əkizdir - körpələrə Sara və Emir adı verilib. Nigar Talıbova kiçik qızını bu ilin 27 iyulunda dünyaya gətirib.

Nigar Talıbzadə və Ekim Alptekin 2013-cü ilin noyabrda rəsmi nikaha girib. Ona qədər isə, artıq avqustda cütlüyün əkiz uşaq gözlədikləri barədə xəbərlər yayılmışdı.

Nigar oktyabrda əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekinlə sadə nikah mərasimi ilə evlənmişdilər.

Nigar Talıbova 2013-cü ilin oktyabr ayında əkizlərini dünyaya gətirdikdən sonra uşaqlarının atası Ekim Alptekin ilə noyabr ayında nikah kəsdirmişdi.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR