"National Geographic"in jurnalisti Azərbaycandan üzr istədi

"National Geographic"in jurnalisti Azərbaycandan üzr istədi
19:36 4 Sentyabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur ABŞ jurnalisti, "National Geographic" jurnalının müxbiri, Pol Salopek işğal edilmiş Azərbaycan ərazilərinə öz qanunsuz səfəri üçün Azərbaycandan üzr istəyib.

Axşam.az-ın "Anspress"ə istinadən məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, xarici jurnalist Pol Salopek onu "qara siyahı"dan çıxarılmağı xahiş edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciətində jurnalist bildirib ki, o, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyır.

Əlavə olaraq, əcnəbi jurnalist Dağlıq Qarabağa gedərkən "qara siyahı"ya düşəcəyini qabaqcadan bilmədiyini vurğulayıb.

Pol Salopek, həmçinin qeyd edib ki, onun səfəri işğal edilmiş Azərbaycan ərazilərində separatizm rejiminin piarı xarakteri daşımayıb. Məşhur jurnalist zəmanət verib ki, gələcəkdə Dağlıq Qarabağa getsə, rəsmi Bakının bundan mütləq xəbəri olacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyi jurnalistin müraciətinə müsbət reaksiya verərək, onun adını "qara siyahı"dan çıxarıb. Bundan başqa, onun "Out of Eden Walk" layihəsi çərçivəsində Azərbaycana gəlişinə icazə verib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR