x
Loading...
.

Azərbaycanlı məşhurlar boşandı (FOTO)

Azərbaycanlı məşhurlar boşandı (FOTO)
18:36 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycanın məşhur prodüseri Kamal Cenk İçtən və model aktrisa Minarə Allahverdiyeva boşanıb.

ANS PRESS-in məlumatına görə, hazırda Türkiyədə olan Cenk bəy bu barədə sosial şəbəkədə bəyan edib:

“Bu gündən etibarən həyatımda yeni səhifə açıram. Xahiş edirəm ki, heç kim şəxsi həyatımla bağlı sual verməsin. 18 ayı bərabər keçirdiyim qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırdıq. Bərabər olduğumuz hər an üçün ona təşəkkür edirəm. Allah yeni həyatında ona hüzur, xoşbəxtlik, can sağlığı versin. Allaha əmanət olsun”.

Kamal Cenk İçtən və Minarə Allahverdiyeva 1 fevral 2014-cü ildə ailə qurmuşdu. İlyarım birlikdə olan cütlüyün Məryəm adlı qızları dünyaya gəlib.

Cenkin də, Minarənin də ikinci evliliyidir və hər ikisinin ilk nikahdan bir övladları var.


Məryəm - Cenk və Minarənin qızı


Kamal Cenk İçtən və model ilə aktrisa Minarə Allahverdiyeva


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=359879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR