İordaniya turistlər üçün vahid bilet tətbiq edib

İordaniya turistlər üçün vahid bilet tətbiq edib
19:43 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Əmman, 4 sentyabr, AZƏRTAC
İordaniya Turizm və Qədim Abidələr Nazirliyi ölkəyə turist axınını artırmaq məqsədi ilə 2015-ci il sentyabrın 1-dən turistlər üçün vahid biletin (JardanPass) tətbiq olunması barədə məlumat verib.
Vahid biletin qiyməti 70 İordaniya dinarıdır (təqribən 100 dollar). Krallığın qonaqları həmin biletlə ölkənin populyar tarixi məkanlarına, muzeylərinə və görməli yerlərinə, o cümlədən qədim Petra şəhərinə, Vadi-Ram səhrasına, səlibçilərin qəsrlərinə və digər tarixi abidələrin yerləşdiyi rayonlara rahat marşrutla səyahət edə biləcəklər. Turist üçün bilet ölkədə hərəkət etməyi xeyli sadələşdirir və Krallığa gələnlərin öz vaxtlarını xoş keçirmələrinə zəmanət verir.
İordaniya turizm və qədim abidələr naziri Naif əl-Faiz deyib: “Vahid biletin dəyəri onun bütün səyahət boyu turistlərin vaxtına, pullarına və əsəblərinə qənaət etməsinə və səfərdən maksimum xoş təəssürat almalarına imkan yaratmasıdır”. Nazirin sözlərinə görə, “JordanPass” İordaniya xalqının qonaqpərvərliyinin əksi, ölkənin unikallığının təsdiqidir. Yenilik xarici qonaqların rahat səyahətini təmin etmək üçün müasir texnologiyaların istifadə sahəsində İordaniyanın lider olduğunu da təsdiqləyir.
Turist üçün vahid bilet haqqında daha ətraflı informasiya rəsmi www.jordanpass.jo. saytında yerləşdirilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iordaniya_turistler_uchun_vahid_bilet_tetbiq_edib-882158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR