x
Loading...
.

Azərbaycan nümayəndə heyəti G20 qrupunun Ankarada keçirilən daha bir toplantısında iştirak edib

Azərbaycan nümayəndə heyəti G20 qrupunun Ankarada keçirilən daha bir toplantısında iştirak edib
19:08 4 Sentyabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Ankara, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Ankarada Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupunun (Böyük İyirmilik) üzvü olan və dəvət edilən ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə əmək və məşğulluq nazirlərinin birgə toplantısı keçirilib.
Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu qurumun bu toplantısında ölkəmiz geniş tərkibli rəsmi nümayəndə heyəti ilə iştirak edib.
Sonra qurumun maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı başlayıb. Burada ölkəmizi maliyyə naziri Samir Şərifov təmsil edib.
Sentyabrın 5-də işini davam etdirəcək toplantıda Baş nazir Əhməd Davudoğlunun iştirakı gözlənilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayende_heyeti_G20_qrupunun_Ankarada_kechirilen_daha_bir_toplantisinda_istirak_edib-882163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR