Ədəbiyyat İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

20:13 4 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru M.Quliyeva, filologiya üzrə fəlsəfə doktorları L.Əlizadə və T.Bədəlova İran İslam Respublikasının Ərdəbil şəhərində “Fars dili və ədəbiyyatının yayılma arealı” mövzusunda X beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda hər üç əməkdaşın məruzəsi böyük maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adebiyyat_Institutunun_emekdaslari_beynelxalq_konfransda_chixis_edibler-882164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR