Goranboyda maşın aşdı, sürücü ağır yaralandı

Goranboyda maşın aşdı, sürücü ağır yaralandı
20:18 4 Sentyabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bakı-Qazax magistralında yol qəzası qeydə alınıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə saat 18 radələrində magistral yolun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib.

Goranboy rayon İşıqlar kənd sakini Tapdıq Ələkbərov “Lada Priora” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Nəticədə 39 yaşlı sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər TTYX-nə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəstə əməliyyat olunub, vəziyyəti orta-ağır olaraq qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2430121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR