Gürcüstan Şotlandiyaya qarşı - YENİLƏNİR

Gürcüstan Şotlandiyaya qarşı -   YENİLƏNİR
20:57 4 Sentyabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 8 qarşılaşma baş tutacaq.

D qrupunda Kaхaber Tsхadadzenin başçılıq etdiyi Gürcüstan Şotlandiyanı qəbul edəcək. Almaniya yığması evdə lider Polşanı sınağa çəkəcək. İrlandiya isə səfərdə Cəbəllütariqlə qarşılaşacaq.

F qrupunda lider Rumıniya Macarıstanın, Şimali İrlandiya Farer adalarının qonağı olacaq. Son pillədə qərarlaşan Yunanıstan isə doğma meydanda Finlandiyanı sınağa çəkəcək.

J qrupunda Ermənistan Serbiyanın qonağı olacaq. "Qarabağ"lı Ansi Aqollinin forma geyindiyi Albaniya isə səfərdə Danimarka ilə üz-üzə gələcək.

AVRO-2016
Seçmə mərhələ
4 sentyabr

D qrupu
21.00 Gürcüstan - Şotlandiya 
23.45 Almaniya - Polşa
23.45 Cəbəllütariq - İrnaldiya

F qrupu
23.45 Macarıstan - Rumıniya
23.45 Yunanıstan - Finlandiya
23.45 Farer adaları - Şimali İrlandiya

I qrupu
23.45 Serbiya - Ermənistan
23.45 Danimarka - Albaniya

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gurcustan-otlandiyaya-qar-t43806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR