Bakıda Özbəkistanın Müstəqillik Günü qeyd edilib

21:07 4 Sentyabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 21:04 ]

Bakı.Türbət Bağırova-APA. Bu gün Özbəkistan Respublikasının müstəqilliyinin 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan baş nazirinin müavini İsmət Abbasov, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, media nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Özbəkistan Respublikasının Bakıdakı səfiri Şerzod Fayziyev ölkəsinin müstəqillik dönəmində mühüm addımlar  atdığını, Özbəkistanın müasir, dinamik dövlət olduğunu qeyd edib. Onun sözlərinə görə, müstəqillik illərində Özbəkistan iqtisadiyyatı 5,5 dəfə, əhalinin real gəlirləri 9 dəfə artıb. Müstəqillik illərində Özbəkistan beynəlxalq rolunun artığını qeyd edən Ş. Fayziyev Özbəkistanın xarici siyasətinin əsas prioritetlərindən birini Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasındakı  münasibətlər strateji dostluq səviyyəsindədir və dəqiq prioritetləri, istiqamətləri var.

 

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini İsmət Abbasov Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini Özbəkistan səfirinə çatdırıb. İ. Abbasovun sözlərinə görə, iki ölkə arasında qardaşlıq münasibətləri ötən əsrlərə gedib çatır. Hazırda da ikitərəfli əlaqələrimiz genişlənib, mahiyyətcə zənginləşib. İsmət Abbasov Azərbaycanın  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Özbəkistanın dəstəyini hiss etdiyini qeyd edib. Baş nazirin müavini, həmçinin ölkələrimiz arasında ticarət iqtisadi müştərək hökumətlərarası komissiyanın fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə dostluğumuzun daha da güclənəcəyinə ümid etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR