Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib

Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib
21:18 4 Sentyabr 2015
146 İdman
Ölkə mətbuatı
A- A+


Bakı. 4 sentyabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Sentyabrın 4-də Milli Olimpiya Komitəsində Azərbaycan Cüdo Federasiyasının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovun ərizə ilə müraciət edərək istefa verdiyini bildirib.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli çıxışında əldə edilmiş uğurlardan danışıb, bundan sonra daha böyük nailiyyətlərin qazanılacağına əminliyini bildirib.
Gənclər və idman naziri Azad Rəhimov son zamanlar federasiyanın fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
Sonra Azərbaycan Cüdo Federasiyası prezidentliyinə seçki keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yekdilliklə bu vəzifəyə seçilib.
Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.
Federasiyanın digər rəhbər vəzifələrinə seçkilər növbəti iclasda keçiriləcək.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rovneq_Abdullayev_Azerbaycan_Cudo_Federasiyasinin_prezidenti_sechilib-882185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR