Azərbaycanlıların xaricdə təhsil haqlarını ödəməsi qaydaları dəyişib

Azərbaycanlıların xaricdə təhsil haqlarını ödəməsi qaydaları dəyişib
12:53 27 Dekabr 2014
97 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

“Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları”na bir sıra dəyişikliklər edilib.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcəkdir:

- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;

- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;

- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb.

Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR