Həyətdə maşın saxlayanların diqqətinə: məhəllə reydi - FOTO

Həyətdə maşın saxlayanların diqqətinə: məhəllə reydi - FOTO
22:05 4 Sentyabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Azərbaycanda yol polisinin qanunsuz əməllərini göstərən növbəti foto yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən şəkil Memar Əcəmi metrosunun arxasında yerləşən məhəllədə sakinlər tərəfindən çəkilib.

Belə ki, 99 YP 473 nömrəli polis maşını məhəlləyə daxil olaraq, məhəllənin düz ortasında maşını saxlayıb və reydə başlayıb. Sakinlər iddia edir ki, polislər binanın həyətinə "səhv girən maşınlar"ı saxlayıb cərimələyiblər:

""Parkovka" olunan maşınların naməlum səbəblərə görə şəkillərini çəkiblər. Bir neçə sakin (sürücülər) bu yol polis işçilərinə etiraz ediblər ki, "sizin elədiyiniz qeyri qanunidir, özbaşınalıqdır, hansı qanunda, harda yazılıb ki, siz məhəlləyə daxil olub hansısa maşını cərimələyə bilərsiz?"

Məlumata görə, sakinlər şikayət edəcəklərini bildirəndən sonra yol polis maşını məhəlləni tərk edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR