Sabirabad və Şabranda avtomobil yanıb

22:32 4 Sentyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 22:29 ]


Bakı-APA. Sabirabad və Şabranda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Ulacalı kəndində  vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi və ban hissəsinin üzlüyü  yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şabran rayonu, Aygünlü kəndində isə “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi və şiti yanıb. Avtomobilin qalan hissəsi  yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR