Nazir millimizə görə fit çaldı - VİDEO

Nazir millimizə görə fit çaldı -   VİDEO
22:57 4 Sentyabr 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib. 

Fanat.az supersport.az-a istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib. 

Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, Məmmədyarovu da sevindirib. Maraqlıdı ki, nazir heç-heçəni fit çalmaqla qeyd edib. 

Xatırladaq ki, oyunu izləyənlər arasında baş nazirin müavini Yaqub Eyyubov, AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov və başqa şəxslər olub.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nazir-millimiz-gor-fit-cald-t43814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR