"Prosineçki öz komandasını əla hazırlayıb"

"Prosineçki öz komandasını əla hazırlayıb"
00:01 5 Sentyabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xorvatiya ilə oyundan sonra İvan Rakitic, Luka Modriç, Daniel Pranyiç oyunla bağlı fikirlərini bölüşüblər.

ANS PRESS-in məlumatına görə, Xorvatiyanın yarımmüdafiəçisi İvan Rakitiç oynamağın çətin olduğunu bildirib.

"Lakin bu bəraət deyil, axı rəqib də eyni şəraitdə oynayırdı. Bizim qol vurmaq üçün şansımız var idi, amma biz onları əldən verdik. Robert Prosineçki öz komandasını əla hazırlayıb. Biz pis oynamadıq və ümid edirik ki, Norveçlə matçda qol vurmağı bacaracağıq. Əlbəttə ki, mən bu nəticə ilə razı deyiləm, çünki biz qalib gəlmək istəyirdik".

Xorvatiya komandasının üzvü Luka Modriç isə buradakı qələbənin növbəti matç ərəfəsində çox vacib olduğunu bildirib: "Bakıdan Osloya 3 xalla getmək yaxşı olardı. Azərbaycan komandası müdafiədə daha yaxşı oynadı. 1 xal lazım idi, onu da əldə etdilər".

Xorvatiya futbol komandasının digər bir üzvü Daniel Pranyiç isə oyunun çətin keçdiyini deyib. "Azərbaycan komandasının müdafiəsi çox yaxşı təşkil olunmuşdu. Əks hücum zamanı qol vurmağa çalışdıq. Düşünürəm ki, biz daha yaxşı oynadıq. Lakin hesab 0:0 hesabı ilə başa çatıb".

Qeyd edək ki, Azərbaycan və Xorvatiya arasında keçrilən oyun 0:0 hesabı ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=359903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR