Putinin məşqi bodibildinq jurnalı tərəfindən tənqid edildi - VİDEO

Putinin məşqi bodibildinq jurnalı tərəfindən tənqid edildi - VİDEO
00:05 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Amerikanın bodibilderlər üçün nəzərdə tutulmuş "Muscle & Fitness" jurnalının ekspertləri Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevin məşqini təhlil etdikdən sonra onun texniki cəhətdən düzgün yerinə yetirilmədiyini bildiriblər. Trend bu barədə "Muscleandfitness" saytına istinadən məlumat verir.

Xüsusilə bloklarda sinə dartma hərəkətləri ("cable crossover") tənqid atəşinə tutulub.

Jurnalın baş redaktorunun müavini Mett Tathill (Matt Tuthill) bildirib ki, bu məşqi daha aşağı tempdə etmək və qolları qarşıda bel səviyyəsində birləşdirmək lazımdır. Yalnız belə olduğu təqdirdə aşağı sinə əzələlərinə təzyiq düşəcək ki, bu da idmançıya sinə qabarıqlığını düzəltməyə imkan yaradacaq.

Mütəxəssislər həmçinin bu məşqin düzgün texnikasını da nümayiş etdiriblər.

Qeyd edək ki, prezidentin Soçi iqamətgahında çəkilən və internet şəbəkələrində hitə çevrilən məşqi qısa müddət ərzində bir çox məzəli fotomontajların yaranmasına səbəb olub.

Milli.Az

 
 

Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR