Ağsuda dağlıq ərazidə yanğın başlayıb

01:07 5 Sentyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Sentyabr 2015 01:02 ]


Ağsu. Elvin Yaqubov-APA. Ağsu rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın sentyabrın 4-də gecə saat 23:30 radələrində Ağsu şəhərinin şimalındakı dağlıq ərazidə qeydə alınıb.

 

Yanğın hazırda kol-kos və xırda ağaclar olan ərazini əhatə edir. Hadisə yerinə FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə geniş ərazini əhatə etdiyi üçün və alovun yaxınlıqdakı sıx meşəyə keçməsi təhlükəsi yarandığı üçün əraziyə kömək üçün Kürdəmir və Şamaxı yanğınsöndürənləri də cəlb olunub.

 

Hazırda yanğın davam edir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Dağlıq ərazidə havanın və küləkli olması alovun qarşısını almaq işini çətinləşdirir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR