x
Loading...
.

Yəməndə hərbi baza raket atəşinə tutulub, 50 nəfər ölüb

00:47 5 Sentyabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+
.

[ 05 Sentyabr 2015 01:43 ]


Bakı-APA. Yəməndə Birləşmiş Ərəb Əmirlikləri hərbi kontingentinin 45 hərbçisi həlak olub.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

 

Beynəlxalq koalisiyaya  məxsus hərbi bazanın husilər tərəfindən raket atəşinə tutulması nəticəsində həmçinin 5 Bəhreyn hərbçisi  ölüb.

 

Üsyançı husilərin nümayəndəsi Safir şəhərində hərbi bazanın raket atəşinə tutulmasını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində koalisiyaya məxsus 2 “Apache” tipli helikopter, bir neçə ədəd zirehli texnika və 3 yaylım atəşi sistemi məhv edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR