x
Loading...
.

“İrəli” İctimai Birliyinin nümayəndəsi beşinci Avropa - Ərəb Gənclər Forumunda iştirak edir

00:48 5 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 5 sentyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin sədr müşaviri Orxan Məmmədli beşinci Avropa - Ərəb Gənclər Forumunda iştirak edir.
Avropa Şurasının Gənclər Departamentinin Avropa Gənclər Forumu ilə birgə Ərəb Dövlətləri Liqası tərəfindən həyata keçirilən tədbir sentyabrın 2-5-də Fransanın Strasburq şəhərində təşkil edilir.
Əsas məqsəd Avropa və Ərəb dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqda avropalı və ərəb gənclərinin iştirakının təmin edilməsidir.
Forumda Azərbaycan ilə yanaşı, Avropa dövlətlərindən 41, ərəb ölkələrindən isə 90 nümayəndə iştirak edir.
Tədbirdə işçi qruplarında fəal vətəndaşlıq və gənclərin şəxsi, siyasi, sosial, iqtisadi həyatlarda iştirakı, onların qərar qəbul etmə proseslərinə qatılması və bu səpkidə bir sıra mövzularda müzakirələr aparılacaq.
Forumun sonunda iştirakçı dövlətlər arasında Strasburq gənclik bəyannaməsi imzalanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ireli_Ictimai_Birliyinin_numayendesi_besinci_Avropa___Areb_Gencler_Forumunda_istirak_edir-882217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR