“Google”un yeni loqosu oğurluqdur (FOTO)

“Google”un yeni loqosu oğurluqdur (FOTO)
02:46 5 Sentyabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan "Google"un yeni loqosunun oğurluq olduğu iddia olunur. ANS PRESS-in məlumatına görə, yeni loqonun rus əslli web-dizayner Denis Kortunov tərəfindən dizayn edildiyi bildirilir.


Kortunovun və "Google"un loqoları

İddianı yayan “DailyTech” saytı Kortunovun 2008-ci ildə hazırladığı loqoda “Google”un minimum dəyişikliklər etdiyini qeyd edib. Xəbərdə həmçinin Denis Kortunovun “Google” şirkətinin əməkdaşı olmadığı xatırladılaraq loqonun iznsiz götürülmüş ola biləcəyi vurğulanıb.


Rus dizayner Denis Kortunov

Bu il sentyabrın 1-də dünyanın məşhur virtual axtarış sistemi olan “Google” öz loqosunda dəyişiklik edib. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb.


"Google"un yeni loqosu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=359911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR