Azərbaycanda qeyri-qanuni miqrantların saxlama mərkəzi ən yaxşılardan biridir. Çünki, bu saxlama mərkəzlərində ora yerləşdirilən insanların yaşaması üçün bütün lazımi şərait yaradılıb.
Bu fikirləri, Bakıdasəfərdə olan beynəlxalq miqrasiya təşkilatinin sədri Uilyam Leysi Sivinq, Azərbaycanda miqrantların saxlanıldığı mərkəzlərlə inkişaf etmiş ölkələrdəki mərkəzləri müqayisə edərkən deyib:
“Miqrantların bu mərkəzlərdə ehtiyacları yüksək səviyyədə ödənilir. Miqrantların saxlanıldığı otaqların şəraiti çox yaxşıdır. Onların qida və geyim ilə təminatında problem yoxdur. Bununla yanaşı onların asudə vaxtlarının səmərəli təşkili üçün də şərait yaradılıb. Mən buna görə Azərbaycan hökumətini təbrik edirəm və təşəkkur edirəm ki, belə yüksək səviyyədə miqrant saxlama mərkəzi yaradıblar”.