Almaniya qalib gəldi, Yunanıstan uduzdu

Almaniya qalib gəldi, Yunanıstan uduzdu
05:44 5 Sentyabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

"Avro-2016"nın seçmə mərhələsində VII turun oyunları davam edir.

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə,  D, F və İ qrupunda oyunlar keçirilib.

 

D qrupunun mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada Almaniya yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Yoahim Lövün komandası qalib gələrək (3:1) liderliyə yüksəlib. Qrupun digər oyunlarında Şotlandiya səfərdə Gürcüstana uduzub – 0:1.  İrlandiya millisi isə Cəbəllütariqi darmadağın edib – 4:0.

 

F qrupunda lider Rumıniya yığması bu tur səfərdə Macarıstanın qonağı olub. Görüşdə hesab açılmayıb. Qrup ikincisi Şimali İrlandiya millisi isə səfərdə Farer adaları ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Digər görüşdə autsayderlər Yunanıstan və Finlandiya yığmaları üz-üzə gəlib. Qarşılaşma skandinaviyalıların qələbəsi ilə başa çatıb – 1:0.

 

İ qrupunda eyni xala malik (10) Danimarka və Albaniya yığmaları üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb. Albaniya ilə görüşdə baş verən məlum qalmaqala görə 3 xalı silinən Serbiya yığması bu tur evdə Ermənistanla qarşılaşıb və rəqibini məğlub edib – 2:0. Qrupun hazırkı lideri Portuqaliya millisi isə bu tur istirahət edəcək.

 

4 sentyabr

 

"Avro-2016"nın seçmə mərhələsi, 7-ci tur

 

D qrupu

 

Gürcüstan – Şotlandiya - 1:0

 

Cəbəllütariq - İrlandiya 0:4

 

Almaniya - Polşa - 3:1

 

F qrupu

 

Yunanıstan - Finlandiya - 0:1

 

Farer adaları - Şimali İrlandiya - 1:3

 

Macarıstan - Rumıniya 0:0

 

İ qrupu

 

Danimarka – Albaniya 0:0

 

Serbiya - Ermənistan  - 2:0 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR