x
Loading...
.

Avstriya və Almaniya miqrantları ərazilərinə buraxacaqlar

Avstriya və Almaniya miqrantları ərazilərinə buraxacaqlar
05:49 5 Sentyabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+
.

Avstriya və Almaniya Macarıstanda olan miqrantları öz ərazilərinə buraxmağa icazə veriblər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə özünün “Facebook” səhifəsində Avstriyanın kansleri Verner Fayman yazıb.

 

“Macarıstan sərhədində yaranan gərginliyi nəzərə alaraq, Avstriya və Almaniya miqrantları öz ərazilərinə buraxaraq təyinat ölkələrinə doğru hərəkət etmələrinə razılıq veriblər”, V.Fayman yazıb.

 

Bundan əvvəl yüzlərlə Suriya və digər ölkələrdən olan miqrantlar Macarıstan-Serbiya sərhədində yerləşən qaçqın düşərgəsini özbaşına tərk ediblər. Sərhəd bölgəsində yerləşən düşərgəni tərk etmək istəyən qaçqınlarla polis arasında toqquşmalar olub.

 

Daha sonra isə Macarıstanda 500 miqrantdan ibarət qrup polis barrikadalarını yararaq Avstriya sərhədinə piyada yollanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR