AMEA distant təcrübə mübadiləsi aparacaq

AMEA distant təcrübə mübadiləsi aparacaq
10:41 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) ilə Xəzər Strateji İnstitutu (HASEN ) distant təcrübə mübadiləsi aparacaqlar.
 
Tərəflər həmçinin məlumat bazalarından ikitərəfli istifadəni təmin etmək barədə razılığa gəliblər. Bu müddəalar AMEA ilə HASEN arasında imzalanan anlaşma memorandumunda əks olunub. Memorandumda ixtisas təkmilləşdirmə proqramları hazırlamaq, kadr hazırlığı, birgə elmi məqalələr, materiallar çap etdirmək, milli və beynəlxalq akademik müəssisə nümayəndələrinin də iştirak etdiyi müxtəlif tipli tədbirlər təşkil etməklə bağlı müddəalar da yer alıb.
 
AMEA-dan qeyd edilib ki, memorandum AMEA prezidenti, akademik Akif Əlizadə ilə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaşın  keçirdiyi görüşdə imzalanıb.
 
AMEA rəhbəri ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, hər iki müəssisənin səyləri nəticəsində elmi fəaliyyəti genişləndirmək, həmçinin mühüm tədqiqatlara nail olmaq məqsədi daşıyan görüşdə Azərbaycanda müasir istiqamət kimi yeni tədqiqatlar aparmağa, beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və yüksəkixtisaslı kadr hazırlığı həyata keçirməyə ayrılan diqqət və qayğıdan danışıb.
 
 
HASEN-in baş katibi Haldun Yavaş Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirmək məqsədilə müxtəlif qurumlarla görüşlər keçirmək niyyətində olduğunu bildirib və bu yöndə həyata keçirdikləri layihələrdən danışıb.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38549-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR