Məşhur səyyah: "Azərbaycanda bu yol Almaniyadan yaxşıdır" - FOTO

Məşhur səyyah: "Azərbaycanda bu yol Almaniyadan yaxşıdır" - FOTO
10:42 5 Sentyabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda yollar Almaniyadakı avtobanlardan yaxşıdır".

Məşhur rusiyalı bloger, avtomobil üzrə ekspert Erik Davidoviç Azərbaycana gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Davidoviç sosial şəbəkədə məlumat verib.

Erik Gürcüstan-Azərbaycan sərhəddindən keçəndən sonra Göygölə üz tutub, daha sonra o, Gəncədə olub. 

Dünən gecə isə o, artıq Bakıya çatıb. 

Məşhur rusiyalı bloger səyahət zamanı Azərbaycanda keyfiyyətli yolların olduğunu qeyd edib. O, Bakı-Qazax avtomobil yolunun şəklini paylaşaraq bildirib ki, yol mükəmməldir, hətta Almaniyadakı avtobanlardan yaxşıdır.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR