Evdən qaçan qız tapıldı

Evdən qaçan qız tapıldı
10:59 5 Sentyabr 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evdən qaçmış qız tapılaraq ailəsinə təhvil verilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan 1995-ci il təvəllüdlü Xumar Süleymanova sentyabrın 4-də saat 12 radələrində bir daha geri qayıtmayacağı barədə məktub yazaraq evdən gedib.

 

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xumar Süleymanova tapılaraq ailə üzvlərinə təhvil verilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR