x
Loading...
.

Sənatkarın ailəsi mətbuata əsəbləşdi

Sənatkarın ailəsi mətbuata əsəbləşdi
10:01 5 Sentyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+
.

“Kaman ustası Habil Əliyevin səhhətində hələ də heç bir irəliləyiş yoxdur. O hələ də süni nəfəs aparatı vasitəsi ilə nəfəs alır.”

Bunu ANS PRESS-ə açıqlamasında xalq artistinin qızı Vəfa Əliyeva bildirib.

Onun sözlərinə görə, bütün ailə üzvləri və qohumlar hələ də sənətkarln səhhətində nə baş verəcəyini gözləyirlər.

"Həkimlər hələ də 24 saat evimizdə keşik çəkirlər. Ancaq atam hələ də danışa bilmir. Şuuru qapalıdır.” -deyə sənətkarın qızı qeyd edib.

Sənətkarın ailəsinin əsas narazılığı bəzi Kütləvi İnformasiya Vasitələrindəndir. Ailə üzvləri deyir ki, bəzi saytlar və sosial şəbəkələr Habil Əliyevi yalandan hər gün öldürürlər.

"Onsuzda əhvalımızın yaxşı olmadığı bir vaxtda Habil Əliyevin yalandan ölüm xəbərini yazanlar tələsməsinlər. Onsuzda bu bir gün baş verəcək. Lakin tələsərək camaata yalan, mənbəsiz xəbərlər çatdırmasınlar"-deyə kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva deyib.

Kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, iki gün əvvəl isə yenidən komaya düşmüşdü.



Habil Əliyev-kaman ustası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR